31 May 2020 11:56
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev qaçqınlarla son görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, müstəqilliyin formal olması, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Əli Hüseynli deyib.

Komitə sədri əlavə edib ki, cənab Prezident müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçib:

“Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.

Vitse-spikeri xatırladıb ki, Ulu öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı:

“Bu gün Azərbaycan, tarixdə heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı, heç tarixçilər də bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər