31 May 2020 12:13
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir layihəni deputatlara komitə sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri 2019-cu ilin məlumatlarını əsas gətirərək deyib ki, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur”.

Onun sözlərinə görə, keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin dəyəri 33% artaraq, 4,5 milyard ABŞ dollara çatıb:

“Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracının dəyəri 36% artaraq, 2,9 milyard ABŞ dolları təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard ABŞ dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard ABŞ dolları investisiya qoyub”.

Komitə sədri onu da bildirib ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq:

“Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər