31 May 2020 15:22
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişi təsdiq edib.

Teleqraf.com xəbər verir ki, saziş hər iki dövlətin qarşılıqlı olaraq səfirliyin yerləşdirilməsi üçün qarşılıqlı torpaq sahələrin ayrılması nəzərdə tutulub.

Layihə haqqında danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, əslində bu, parlamentə daxil olan növbəti sazişdir:

“Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində əlaqələr inkişaf edir. Hər iki ölkənin səfirliyinin vasitəsilə əlaqələrin inkişafı vacibdir. Hər iki ölkədə səfirliklərin yüksək səviyyədə təmin edilməsinə ehtiyac var”.


Müəllif: Cavad

Oxşar xəbərlər