7 İyun 2020 23:27
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Tərtər İdman Olimpiya Kompleksinin açılışında bir çox vacib məqamlara toxundu. Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə bir sıra vacib məsələlərlə əlaqədar konseptual yanaşmasını ortaya qoydu. Məşhur bir fikir var: tarix millətlər və dövlətlər ondan nəticə çıxarmadıqda təkrarlanır. Prezident Xalq Cümhuriyyəti ilə bağlı məsələyə artıq bir neçə dəfədir toxunur. Ancaq burada məqsəd o dövrdə cərəyan edən hadisələrin fonunda bu gün baş verən hadisələri təhlil etmək və lazım olan nəticələri çıxarmaqdır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Cümhuriyyət irsinin öyrənilməsi ilə bağlı bir neçə mühüm sərəncamı olub: "Sonrakı dövrlərdə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Cümhuriyyətin irsinin öyrənilməsi ilə bağlı mühüm qərarlar qəbul edib və sərəncamlar imzalayıb. 2018-ci il ölkəmizdə Xalq Cümhuriyyəti ili elan edilib, silsilə tədbirlər keçirilib. Etiraf etməliyik ki, Cümhuriyyət dövründə cərəyan edən hadisələr ölkəmizdə tam araşdırılmayıb. Ancaq tarixi reallıqları deməkdən də çəkinməməliyik. Bəli, Cümhuriyyət çox ağır tarixi bir şəraitdə o insanların böyük fədakarlığı nəticəsində quruldu. Daxili və xarici təzyiqlər çox idi".

Millət vəkili Xalq Cümhuriyyətinin ermənilərin Azərbaycana qarşı iddialarının qarşısını almaq və gələcəkdə bunun təkrarlanmaması üçün mühüm addımlar atdığını da diqqətə çatdırıb: "Ancaq ermənilər iddialarına son qoydularmı? Əksinə sonrakı illərdə də müxtəlif iddialarla çıxış etdilər və 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın işğalı məqsədilə Azərbaycanlılara qarşı iddialar səsləndirməyə başladılar. Bu gün də onlar yeni arzu və iddialarla yaşayırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu cəhdlərin qarşısı alınacaq. Bütün bunlar bizdən o dövrlə bağlı araşdırmaların dərin aparılmasını və yeni tədqiqatların ortaya qoyulmasını tələb edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər