Milli Şuranın növbəti dəfə biabırçılığını əks etdirən videosu yayılıb.
Teleqraf.com xəbər verir ki, onlayn müzakirədə Milli Şura üzvləri digər siyasi qüvvələrin, hətta cəmiyyətin ünvanına təhqiramiz ifadələr səsləndirilib.
Milli Şuranın sədri Cəmil Həsənli dialoqda iştirak edən partiyaları təhqir edərək "tryapka"ya çevrilməkdə ittiham edib.
Qeybətə bənzəyən müzakirə zamanı Rəhmin Hacıyev deyib ki, ölkəmizdə çalışmış xarici diplomatların fikrincə, Azərbaycan cəmiyyəti iddialıdır, intizamsız, çox danışan və məsuliyyətsizdirlər. Onların sözlərinə reaksiya verən Gültəkin Hacıbəyli "Oy, nə gözəl xarakterizə ediblər, nə gözəl xarakteristikadı" deyərək qəhqəhə ilə gülür.