Bu gün Tacikistanın Azərbaycandakı səfirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüm oldu. Görüşdə Azərbaycan-Tacikistan parlament əlaqələri və iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edildi.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, Tacikistan səfiri koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın Tacikistana etdiyi böyük yardıma görə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Tacikistana dostluq münasibətin ölkəsində yüksək qiymətləndirildiyini bildirib.