Milli Şuranın növbəti dəfə biabırçılığını əks etdirən videosu yayılıb.
Teleqraf.com xəbər verir ki, onlayn müzakirədə neftin qiymətinin 14 dollara düşməsinə sevinən Milli Şura rəhbərliyi öz anti-milli simasını tam çılpaqlığı ilə nümayiş etdirib.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycan neftinin qiymətinin 14.38 dollara düşməsi xəbərini sevinclə qarşılayaraq hamını təbrik edib və Cəmil Həsənlidən bu münasibətlə təbrik qəbul etməyə hazır olduğunu söyləyib.
Bu müzakirə bir daha sübut edir ki, onların əsl hədəfi Azərbaycan dövləti və xalqıdır.
Həmin videonu təqdim edirik: