19 İyun 2020 11:43
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əsas müzakirə 2 həftəlik sərt karantin rejiminin tətbiq olunmasıdır. Düşünürəm ki, bu addım insanların sağlamlığının qorunması üçündür. Hesab edirəm ki, Milli Məclis də bununla bağlı müraciət ünvanlamalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, karantin rejimi təkcə sağlamlıq deyil, həm də sosial və iqtisadi məsələdir:

“Əvvəlki karantin rejimində insanlara müəyyən yardım edilərək, 190 manat verildi. Sonradan karantin yumuşaldıldığı üçün bu məsələ gündəmdən çıxdı. Amma indi yenidən həmin vəziyyətə qayıdırıqsa, bu məsələyə də baxılmasına ehtiyac var.

Düşünürəm ki, Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olanlara yenidən 190 manat yardım verilməlidir. Bundan əlavə, koronavirusun zərər vurduğu sahələrlə bağlı da güzəştli addımlar atılmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər