Milli Məclisdə büdcənin icrasının müzakirəsi zamanı səsləndirilən bütün məsələlərin qeydiyyatı aparılıb.
Teleqraf.com xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Şərifov bildirib ki, burada səsləndirilən fikirlər sistemləşdirilərək müvafiq orqanlara təqdim olunacaq: “Nəticəsi barədə isə Milli Məclisə məlumat veriləcək”.
Nazir həmçinin deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərlərlə razılaşmadığını deyib:
“Ola bilsin ki, Qüdət Həsənquliyev bu işi dərindən araşdırmayıb, məlumat almayıb. Qənaət məsələsində hər şey açıqdır. Ən böyük qənaət sosial təlabatdan formalaşıb. Amma bu məsələnin də səbəbi var. Yığımların artması şəffaflığın yaranması ilə bağlıdır”.