19 İyun 2020 12:52
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin İcrası haqqında" Qanun layihəsi qəbul edilib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi səsə qoyularkən deputat Qüdrət Həsənquliyev ona çıxış üçün söz verilməsini istəyib.

Spiker Sahibə Qafarova Qüdrət Həsənquliyevə təklif edib ki, mövqeyini səsvermədə ifadə etsin: "Artıq müzakirələr başa çatıb, qanun səsverməyə çıxarılır".

Xatırladaq ki, Qüdrət Həsənquliyev Maliyyə naziri Samir Şərifovun tənqidi fikirlərinə cavab vermək niyyəti ilə söz istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər