1992-ci ildən 1993-cü ilin iyun ayınadək ölkədə baş verən siyasi hərcmərclik nəticəsində Azərbaycan həm iqtisadi-siyasi, həm də ərazi itkilərinə məruz qaldı. Ölkədə o dövr mövcud olmuş qüvvələrin səriştəsizliyi sayəsində Azərbaycan düşmən qarşısında gücsüz bir duruma salındı. Xalqımızın milli ruhuna qarşı da o dövrün siyasi bacarıqsızlarının ucbatından zərbələr vuruldu. Az qala min illər öz dövlətçilik ənənələri olan xalq xırda bir toplum qarşısında aciz vəziyyətə salınmışdı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili bildirib ki, AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə və xalqına qarşı xəyanəti onların tarix qaşısındakı məsuliyyətini heç vaxt azaltmayacaq:
"Çünki bu insanlar dövləti və milli maraqları öz mənafelərinə qurban verməyi bacardılar. Birbaşa bu xalqa, dövlətçiliyə xəyanət etdilər. Mənfur düşmənlərin dəyirmanına su tökməklə ərazilərimizin işğalına şərait yaratdılar. Dövlətin iqtisadi əsaslarını sarsıtmaqla, insanların sosial problemlərlə üz-üzə qalmasına şərait yaratmış olan AXC-Müsavat cütlüyü hakimiyyətləri dönəmində dövlət xəzinəsinin də bütövlükdə boşalmasına, talan edilməsinə rəvac verdilər. Bütün bunların fonunda ölkədə ərzaq çatışmazlığı yarandı, insanlar zəruri qida ehtiyaclarını belə təmin etməkdə çətinliklər yaşadılar".
Deputat qeyd edib ki, Azərbaycan ərazilərinin arıdıcıl olaraq Ermənistan tərəfindən işğalına qarşı da o dövrün yarıtmaz qüvvələri tərəfindən heç bir adekvat addımlar atılmadı:
"Nəticədə, Kəlbəcərin, Şuşanın işğalı işğalçıda daha böyük iştahlar yaratmış oldu. Çünki AXC-Müsavat hakimiyətindəki mövcud qüvvələr ölkəni elə bir duruma salmışdılar ki, xalq sabaha olan ümidini belə itirmişdi. Ölkəmiz düşmən qarşısında zəif və gücsüz bir duruma salınmışdı. Hakimiyyətdəki həmin qüvvələrin isə əsas amalı şəxsi prinsiplərini təmin etmək idi. Həmin dövr hakimiyyəti qəsb etmiş qüvvələr üçün heç bir milli-mənəvi dəyər qalmamışdı. Xalqın onların bu yarıtmaz fəaliyətini tez bir zamanda ifşa edəcəyini bildikləri üçün qısa zamanda böyük talançılıqlara, satqınlıqlara rəvac verirdilər. Şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq, ancaq mənafeləri naminə addımlar atmaq nəticə etibarı ilə ölkənin ayaqda durma immunitetini sarsıtmış oldu. Bir prinsipi unutmaq olmaz ki, həmin o qüvvələr birbaşa dövlətə və dövlətçiliyə xayənət etdilər. İndi də o dövrün tör-töküntüləri, dövlət katibi vəzifəsinə qədər yüksələn şəxslər öz çirkin niyyətlərini gizlədə bilmirlər. Ardıcıl olaraq milli xəyanətkar ünsürlər tərəfindən qalxımıza qarşı qarayaxma kanpaniyaları təşkil edirlər".
Millət vəkili vurğulayıb ki, bütün bu olanları geridə qoyan xalqımız öz müqqədəratını, gələcəyini təmin etməyi də bacardı:
"Azərbaycanın bu gün dünyada öz layiqli mövqeyi güclənməkdədir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi strategiya bu gün cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. İqtisadi-siyasi sahələrdə böyük uğurlar qazanmış ölkəmiz itirilmiş ərazilərini bərpa etmək, işğalçılardan azad etmək üçün bütün vasitələrdən istifadə edir. 2016-cı ilin aprelində cənab Ali Baş Komandanın başçılığı ilə düşmənə vurulan zərbə dövlətimizin işğal faktoru ilə barışmayacağını da qəti şəkildə bütün dünya ictimaiyyətinə bəyan etmiş oldu. Bütün bunların nəticəsində biz tam əminliklə deyə bilərik ki, az bir müddətdə biz öz işğalda qalan ərazilərimizi mənfur qonşularımızdan azad edəcəyik".