Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, məcəlləyə təklif olunan dəyişikliklə ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.
Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.