29 İyun 21:39
310

Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqəlidir.

Teleqraf.com-a açıqlamasında bu fikirləri Ana Vətən Partiyasının sədr müavini, politoloq Arzuman Abdulkərimov söyləyib.

Qeyd edib ki, hələ də bu bəlaya qarşı nə milli, nə də qlobal səviyyədə effektiv bir vasitə tapılmayıb. "Belə olan halda pandemiyaya qarşı mümkün resursları birgə səfərbər etməklə uğur qazanmaq olar. Bunun üçün də dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bir müddət öncə insanlar bu məsələyə inanmırdılarsa, artıq hər kəs virusun varlığına inanmaq zorundadır. Çünki yoluxanlar və dünyasını dəyişənlər sırasında hər birimizin tanıdığımız şəxslər var. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatınin üzv ölkələri adından BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevrildi. Təsadüfi deyil ki, artıq BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Bu, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqələndirilməlidir. Hazırda Azərbaycan iki beynəlxalq təşkilata rəhbərlik edir. Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, digəri isə Qoşulmama Hərəkatıdır.

A.Abdulkərimov əlavə edib ki, hələ bundan öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əmıkdaşlıq Şurasının və Qoşulmama Hərəkatı Təmas Qrupunun iclasının keçirilməsi onu göstərir ki, Azərvaycan dövləti və prezident İlham Əliyev nəyin ki, Azərbaycanın eyni zamanda bütün dünyanın taleyi üçün narahatlıq keçirir. Hər iki toplantıda BMT və ÜST -ün rəhbərləri iştirak etdilər.

“Bu təşəbbüs müsbət qarşılanacaq və gözlənilən toplantı baş tutacaqdır. Bu toplantı dünyanın Covid-19 bəlasından xilas olmasına öz töhfəsini vermiş olacaq. Pandemiya dönəmində biz cənab Prezident İlham Əliyevin hümanistliyinin bir daha şahidi olduq. Artıq cənab Prezident tək öz ölkəsini deyil, qlobal mənada dünyanın problemləri ilə maraqlanan lider kimi önə çıxdığının şahidi oluruq”.


Müəllif: Tapdıq Qurbanlı