17 İyul 2020 15:09
5 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq baş naziri Rəhim Hüseynov Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində Erməni ordusunun iyulun 12-də başlatdığı hücum və nəticəsdə yaranan yeni şəraitlə bağlı fikirlərini Teleqraf.com-la bölüşüb. Müsahibəni təqdim edirik:

- Rəhim müəllim, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində Ermənistan ordusunun təxribatından sonra yaranmış durumu necə qiymətləndirirsiniz?

- Sərhəddə baş verənlər təxribatdır, ermənilər dayanmayacaq. Hesab edirəm ki, bizim ordumuz heç bir halda belə təxribatlara və hərəkətlərə səbr nümayiş etdirməməlidir. Onlara cavab verməliyik ki, bir daha belə təxribat eşqinə düşməsinlər, birdəfəlik bizdən və torpaqlarımızdan əl çəksinlər.

- Ermənilər niyə belə təxribata əl atırlar, məqsədləri nədir?

- Əslində ermənilər həmişə azərbaycanlılarla münasibətdə belə olub. Hələ vaxtilə üzdə özlərini dost kimi göstərib arxadan əleyhimizə işləyiblər. Onlarla elə münasibət qurmaq lazımdır ki, bir daha bizə qarşı belə fikirlərə düşməyi ağıllarına gətirməsinlər.

- Siz hesab edirsiniz ki, ermənilərə münasibətdə sərt addımlar atılmalıdır?

- Bəli, hesab edirəm ki, onlara heç bir halda səbr nümayiş etdirməməliyik. Son döyüşlərdə bir neçə zabitimizi vurublar. Düzdür, qarşı tərəfdən də itkilər var. Hesab edirəm ki, bizim zabitlərimiz fəaliyyətini elə qurmalıdır ki, ermənilərin hədəfinə düşməsinlər. Azərbaycan ordusu qarşısına qoyduğu hədəflərə çata bilər, bizim ordumuz bacarıqlıdır. Azərbaycan ordusu bir dəfə ermənilərə hücum etsə, onlar qorxularından qaçacaq. Ermənilər çox qorxaqdırlar.

- Siz də zamanında Fransa prezidentini üz-üzə ciddi tənqid etmisiniz, onun ermənilərə dəstəyini ifşa etmisiniz. İndi gözləntiləriniz nədir?

- Bəli, mən bunu uzun illər əvvəl etmişəm, sözümü də demişəm. İndi belə şeylər yaddan çıxıb.
Gözləntimə gəldikdə, hesab edirəm ki, indi ermənilər özbaşına fəaliyyət göstərirlər. Bəziləri deyirlər ki, arxalarında Rusiya durur. Məncə, son təxribatçı addımları özləri atıb.

- Türkiyənin son hadisələrdə tutuduğu mövqeyi necə şərh edirsiniz?

- Rəcəb Təyyub Ərdoğanla bir neçə dəfə görüşmüşəm, Türkiyə həmişə bizi müdafiə edib. Bu günlərdə nümayiş etdirdikləri mövqe də bunu açıq şəkildə ortaya qoydu.

- Sizcə, Tovuz istiqamətində baş verən təxribat daha böyük əməliyyatların başlamasına zəmin yarada bilərmi?

-Ehtimal etmirəm. Ermənilər qorxularından o qədər irəli gedə bilməzlər.

- Problemin həllini necə görürsünüz?

- Əlbəttə, birincisi bu ölkələrin rəhbərlərindən, diplomatlarından asılıdır. Bizim diplomatlar, hökumət başçısı daha sərt davranmalıdır. Qənaətimcə, problemi sülh yolu də, müharibə ilə də həll etmək olar. Bu, dövlətlərin özündən asılıdır. Bu prosesdə Azərbaycan ordusunu dəstəkləyirəm.


Müəllif: Nemət

Oxşar xəbərlər