17 İyul 2020 21:12
2 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva Ermənistanın təxribatçı fəaliyyətləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində danışıb.

“Azərbaycanı Türkiyəyə birləşdirən yeganə yol bu bölgədən keçir. Eyni zamanda, böyük enerji xətləri, təbii qaz kəməri və dəmir yolu xətləri də bu bölgədənkeçir. ATƏT-in Minsk qrupuna üç həmsədr dövləti də tanıya bilmirik, onlar həmişə işğalçı Ermənistanın tərəfində dururlar”, - Paşayeva qeyd edib.

Deputat Azərbaycanı Türkiyəyə birləşdirən yeganə quru yolun Ermənistanın işğalçı ordusunun təhdidi altında olduğunu bildirib: “İşğalçının Tovuzu hədəf seçməsinin əsas səbəblərindən biri budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər