Bu gün səhər erməni diasporunun nümayəndələri və Ermənistanın Rusiyadakı konsulu “Fud siti” ticarət mərkəzinə gələrək azərbaycanlıların erməni ticarətçilərinə qoyduğu qadağaya etiraz etmək istəyiblər.
Teleqraf.com sosial şəbəkələrdə erməni konsul və diaspor nümayəndələrinin görüş icazəsi almadan və akkreditasiyadan keçmədən konfrans zalına gəlmələri və ticarət mərkəzinin rəhbərləri ilə görüş tələb etmələri görüntüləri yayılıb.
“Fud siti”nin mühafizəçiləri zala daxil olaraq, ermənilərin dərhal oranı tərk etmələrini tələb ediblər və onları "yola salıblar".
Qeyd edək ki, ermənilərin iyulun 12-dən Tovuz istiqamətində təxribatından sonra azərbaycanlılar "Sofiyski baza" və "Fud siti"dən erməniləri çıxarıblar, Ermənistandan gələn kənd təsərrüfatı məhsullarını almaqdan isə imtina ediblər.
Hazırda onlarla TIR-da qalan erməni kənd təsərrüfatı məhsulunun zay olduğu bildirilir.