22 İyul 2020 00:31
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin sərhəddəki təxribatı bir neçə məqsəd güdürdü. İlk növbədə Paşinyan rejiminin reanimasiyası üçün belə bir qanlı təxribata əl atıldı. Yəni mövcud problemlərdən daxili auditoriyanı uzaqlaşdırmağa cəhd etdilər.

Bunu Teleqraf.com-a açıqlamasında bu Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdan uzaqda dövlət sərhəddində düşmənin atmış olduğu bu çirkin addıma ordumuz layiqincə cavab verdi:

“Ərazi bütövlüyümüzün qorunması uğurunda mərd vətən övladları şəhid oldular. Ali Baş Komandana, Silahlı Qüvvələrimizə xalqımızın dəstəyini növbəti dəfə hər kəs gördü. Bir daha xalqımız öz vətənini qorumaq üçün ayağa qalxdı. Tək ölkə daxilində deyil, bütün dünyada yaşayan soydaşlarımız erməni işğalına qarşı həmrəylik nümayiş etdirdi”.

Deputatın fikrincə, Paşinyan güc tətbiq etməklə məkirli siyasətini dünyaya əyani şəkildə sübüt etmiş oldu: ”Bu gün işğalçılıq, terorçuluq, faşizm ideyası heç bir halda qəbul edilmir. Ona görə də Paşinyanın atmış olduğu bu addım onun növbəti biabırçı uğursuzluğu idi. Ermənipərəst ünsürlər üçün də bu bir dərs oldu. Çünki Azərbaycanda xalq dövlət birliyi üşmənə ən layiqli cavab oldu”.

İlham Məmmədov əlavə edib ki, bu gün Azərbaycan generalı səngərdə öz əsgəriylə bərabər döyüşür və şəhid olur.

Millət vəkili əlavə edib ki, Cənab Prezident İlham Əliyev tərəfindən Tovuz rayonunun erməni silahlılarının intensiv atəşi nəticəsində dağıdılmış sosial infrastrukturun bərpası ilə bağlı verilmiş sərəncam dövlətin hər an öz vətəndaşına, onun mülkiyyətinə olan yanaşmasının bariz nümunəsidir.”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər