Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı ölkə liderləri ikitərəfli münasibətləri dəyərləndirərək başda Azərbaycan-Ermənistan arasında yaranmış gərginlik, eləcə də Suriya və Liviya olmaqla regional məsələləri müzakirə ediblər.
Putin və Ərdoğan ikitərəfli əlaqələr və regional məsələlərdə əməkdaşlıq və dialoqu davam etdirmək razılığına gəliblər.