Milli Məclisin bugünkü iclasında ermənilərin Tovuz təxribatı zamanı şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarova daha sonra ötən gün dünyasını dəyişən parlamentin deputatı Fəttah Heydərovla bağlı da çıxış edib.
Sahibə Qafarova Fəttah Heydərovun ağsaqqal, ziyalı bir insan kimi yadda qalacağını bildirib.
Daha sonra mərhum deputatın xatirəsi bir dəqiqləlik sükutla yad olunub.