5 Avqust 2020 12:14
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə xərclərinin artırılması zəruridir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında deputat Fazil Mustafa deyib.

F. Mustafa bildirib ki, iyul ayında baş verən Tovuz hadisələri bunun zəruriliyini bir daha göstərdi.

Deputat qeyd edib ki, ikinci əsas diqqət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir:

“Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, sahibkarlar hazırda çox acınacaqlı vəziyyətdədir. Onlara dəstək üçün vəsait ayrılmalıdır. İkincisi isə birbaşa vətəndaşların özlərinə dəstək verilməlidir. Çünki pandemiya dövründə çox insan işsiz qalıb və bu, onların həyatına ciddi şəkildə mənfi təsir göstərib. Doğrudur, dövlət deyir ki, 600 min insana yardım edilib, amma bu, çox azdır. İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər. Biz ölkədə sosial gərginliyi azaltmaq istəyiriksə, büdcənin xərclər hissəsində bu məsələyə xüsusi diqqət yetirməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər