Reallıq bundan ibarətdir ki, mən bir çoxları kimi gizlənmirəm, başımı qorumuram. Sosial şəbəkələrdəki hücumları baxıram da, görürəm də və öz mövqeyimi də ortaya qoyuram.
Teleqraf.com xəbər verir ki, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının bu sözləri Speys TV-nin “Gərgin saat” verilişinin anonsunda yayılıb.
Qeyd edək ki, “Gərgin saat”ın bu dəfəki qonaqları Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu və tanınmış jurnalust Aygün Muradxanlıdır.
Verilişdə ziyalıların hazırkı mövqeyi və ictimai-siyasi proseslərdə rolu müzakirə edilib.
Veriliş bu gün saat 22:45-də Speys TV-də yayımlanacaq.