25 Avqust 2020 09:22
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Azərbaycan Ordusunun qəhrəman hərbiçiləri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgen Alaverdyan əsir götürüldü.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev sosial şəbəkə hesabında paylaşıb.

“Artıq zaman o zaman deyil, daxildəki təxribatçılar ifşa olunublar, daha ermənilərlə əlbir olub təxribat törədə bilməyəcəklər.

Bu arada, nəzərinizə çatdırmaq istəyirəm ki, mən və ailə üzvlərim heç vaxt Ramiz Mehdiyevi mədh edib, tərifləməmişik, əksinə, onu və komandasını hər zaman ifşa etmişik. Bunu köhnə müsahibələrimdə göstərə bilərəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər