1 Sentyabr 2020 18:20
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti onlayn iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda ölkədəki mövzud siyasi-iqtisadi durum və AKP -nin qarşısında duran vəzifələr müzakirə edilib.

Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov gündəlikdə duran məsələlər barəsində məruzə edib, cari ilin sonuna qədər Azərbaycan kommunistlərinin görəcəyi işlər və ölkəmizdə aparılan islahatların gedişi barədə tədbir iştirakçılarına məlumat verib.

Məruzə ətrafında çıxışlar olub, rayon təşkiltının sədrləri fikirlərini bildiriblər.

Daha sonra AKP MK-nın iclasında sosial şəbəkələrdə partiyanın təbliğatının genişləndirilməsi, 2020-ci ilin üçüncü və ya dördüncü rübündə şəraitdən asılı olaraq partiyanın növbəti 37-ci qurultayının cağrılması müzakirə olunub, qurultayın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.

Rayon-şəhər partiya komitələrinin rəhbərlərinə tapşırılıb ki, bir ay müddətində yerlərdə hesabat-seçki konfranslarını keçirilməsini təmin etsinlər.

AKP MK-nın icalsı təşkilati məsələlərə də baxıb. Muxtarov Orxan Mübariz oğlu AKP MK mətbuat xidmətinin rəhbəri təyin edilib.


Müəllif: Mənsur Rəğbətoğlu