4 Sentyabr 2020 17:19
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə Madrid prinsiplərindən imtina etdiklərini bəyan ediblər. Əslində bu, 26 ildir aparılan danışıqlar çərçivəsində son 10 ildə gedən müzakirələrin sonu deməkdir. Bu tendensiya 2019-cu ilin martından bu yana davam edir. Əvəzində isə erməni milliyyətçiləri həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirəm “Sevr” prinsipini irəli sürürlər. Bu isə ekspansionist “böyük Ermənistan” layihəsinin irəliləyişi deməkdir.

Teleqraf.com xəbər verir ki, bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin şərhində əks olunub.

F.Şəfiyev bildirib ki, bu günlərdə Livan ermənilərinin Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirilməsi və Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşının Azərbaycanın işğal olunmuş torpaqlarında “hərbi təlimlərə” qatılması danışıqların yenidən başlaması ehtimalının məhvi istiqamətində atılmış addımdır:

“ATƏT-in Minsk Qrupu həmsədrləri baş verən son proseslərlə bağlı öz mövqelərini birmənalı olaraq bəyan etməlidirlər.

Eyni zamanda erməni milliyyətçiləri sərgilədikləri son hərbi duruşdan sevincli olsalar da, bu da aydındır ki, Ermənistanda qondarma “məxməri inqilab” artıq başa çatıb. Mən tək beynəlxalq yanaşma deyil, həm də yerli ab-havadan bəhs edirəm. İndiki Ermənistan hökuməti də əslində əvvəlki rejimin həm daxili, həm də xarici kursunu təkrarlayır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər