Bizim iqtisadi sahədə 30-a yaxın layihəmiz var. Onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bunlar kənd təsərrüfatı, enerji, tibb və digər sahələrə aid layihələrdir.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda iki ölkənin prezidentlərinin və müvafiq nazirlərinin iştirakı ilə videokonfrans keçirilməsi planlaşdırılır:
“Bu ilin martında Azərbaycan Prezidentinin İrana səfəri gözlənilirdi. Ancaq pandemiya səbəbindən bu səfər baş tutmadı. Bu videokonfrans da həmin səfərin əvəzi olaraq baş tutacaq. Biz gözləyirik ki, bu videokonfransdan sonra iki ölkənin münasibətlərində böyük bir sıçrayış baş verəcək”.
Səfir qeyd edib ki, bundan əlavə İran tərəfi üçtərəfli və dördtərəfli formatlarda da görüşlər keçirməyə çalışır:
“İran, Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə də üçtərəfli görüş də pandemiya səbəbindən baş tutmadı”.