ABŞ Prezidenti Donald Trampa içində zəhərli maddə olan paket göndərilib.
Teleqraf.com xəbər verir ki, paketin üzərində Donald Trampın adı qeyd edilib.
İddialara görə, maddənin az miqdarı belə ölümə səbəb olur.
Federal Təhqiqat Bürosu (FTB) istintaqa başlayıb.
Ağ Ev məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.