Ermənilərin yenidən Tovuz istiqamətində təxribat törətməsi təcavüzkar siyasətin nümayişidr. İşğalçı dövlətin ardıcıl təxribatları region üçün də təhlükə yaradır. Bu gün Ermənistan Dağlıq Qarabağda qanunsuz məsklanşdırma həyata keçirir. Suriyadan, Livandan erməni əsilli ailələr işğaldakı ərazilərə yerləşdirilir. Bu ailələr heç də dinc məqsədlər üçün işğal ərazilərinə gətirilmir. Ermənilər terror və digər qanlı olaylarda təcrübə qazanmış ailələrdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Ermənistan cəbhədə təxribata əl atmaqla yeni ərazilər işğal etmək niyyəti güdür.
Millət vəkili qeyd edib, beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın hərəkətlərinə lazımı qiymət verməli və sərt tədbirlər görülməlidir: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində məsul olan təşkilatlar artıq real addımlar atmalıdır. ATƏT-in Minsk Qrupu uzun illərdir ki, problemin həlli ilə bağlı işğalçıya qarşı loyal yanaşıb. Məhz bunun nəticəsində də işğaçıda daha böyük cinayətlərə maraq yaranıb. Artıq Ermənistana bu cinayətlərinə görə sərt cəza mexanizmləri tətbiq edilməlidir”.
Millət vəkli vurğulayıb ki, hazırda regionun ən güclü ordusuna malik olan Azərbaycan öz suveren hüququndan istifadə etməklə ərazi bütövlüyünü təmin edəcək: “Bütün beynəlxalq hüquq normalarında da Azərbaycanın haqlı mövqeyi açıq ifadə olunub”.
Aydın Hüseynov bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz işğalda olan ərazilərimizin düşməndən təmizlənməsini təmin edəcək.