Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində mühüm əhəmiyyətə malik fikirlər səsləndirib. Cənab Prezident BMT-nin 75 illiyinə həsr edilmiş iclasında Qoşulmama Hərəkatının rəhbəri kimi beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Ölkə rəhbəri Azərbaycanın haqq səsini ali tribunada qətiyyət və prinsipiallıqla dünya ictimaiyyətinə çatdırdı. Həmin çıxışda Ermənistanın təxribatı, işğalçılıq planlarını ifşa edildi.
Bu fikirləri Teleqraf.com-a açıqlamsında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
O qeyd edib ki, cənab Prezident BMT tribunasından dünya birliyinə Ermənistanın təxribatları və gərginliyi artıran addımları barədə məlumat verdi: “Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparması ilə bağlı da dünya liderləri məlumatlandırıldı. Livandan və başqa ərazilərdən erməni əsilli ailələrin işğaldakı Azərbaycan torpaqlarına yerləşdirilməsi də diqqə çatdırıldı. Bu qanunsuz məskunlaşmaların beynəlxalq hüquqa zidd bir addım olması vurğulanıb. Eyni zamanda beynəlxalq təşkilat və qurumlar tərəfindən bu məsələlər biganə münasibətin yolverilməzliyi də önə çəkilidi”.
Millət vəkili vurğulayıb ki, cənab Prezident nitqində beynəlxalq təşkilatların susqunluğu səbəbindən son vaxtlar Ermənistan tərəfinin Azərbaycana qarşı təxribatlarının sayı artıb: “Ölkə rəhbəri Ermənistanın qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatlar törətdiyini vurğulayıb. Bu təxribatlarda mülki əhalinin hədəf alınması beynəlxalq hüququn pozulması adlandırılıb”.
Deputat qeyd edib ki, dövlət başçısı çıxışında Ermənistan baş nazirinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini pozduğunu da iştirakçılara çatdırıb: “Cənab Prezident erməni baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatının danışıqlar prosesinə ciddi zərbə olduğunu, belə təxribatların təcili qarşısının alınmasını dedi. Ermənistanda həyata keçirilən “Azərbaycanofobiya” siyasətinin hökm sürməsi, ermıni gənclərinə Azərbaycan xalqına qarşı nifrət aşılanması ilə bağlı faktlarda da yükəsk tribunadan diqqətə çatdırldı. Ermənistanın Milli təhlükəsizlik strategiyasında əksini tapmış irqçi, şovinist və “Azərbaycanofob” fikirlərin isə insanlığa qarşı cinayət olduğunu vurğulandı”.
Məlahət İbrahimqızı qeyd edib ki, Prezident Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT TŞ-nın qəbul etdiyi 4 qətnamənin icra edilməməsini də xatırladıb: “Prezident qeyd edib ki, bu gün Ermənistanın təxribatlarına beynəlxalq ictimaiyyət lazımi reaksiyanı verməlidir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında təmin edilməlidir”.