28 Sentyabr 2020 22:27
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a qurumdakı mənbədən məlumat verilib.

"Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbədən agentliyə bildirilib.

Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.

Qeyd edək ki, məsləhətləşmələrin formatı Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər