Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində yaşanan gərginliklə bağlı Kipr XİN-in bəyanatına münasibət bildirib.
Xarici İşlər nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, L.Abdullayeva bildirib ki, Kipr Respublikasının Xarici İşlər Nazirliyinin bu ilin 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir.
L.Abdullayeva qeyd edib ki, Kipr XİN-ə Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə apardığını xatıtladırıq: “Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır. Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir”.