30 Sentyabr 2020 18:14
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında bildirib.

Ölkə başçısı aparıcının "Sizin ölkəniz Ermənistan tərəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazan formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli?" sualına cavabda qeyd edib:

"Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər".

Daha ətraflı videoda:


Müəllif: Teleqraf.com