2 Oktyabr 2020 11:27
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq təşkilatlar 30 ilə yaxın bu məsələlərlə məşğul olmalıdı idilər. BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəlxalq təşkilatların birbaşa işi idi. Amma parodoksal vəziyyət odur ki, BMT Təhlükəsizlik Şurası bir neçə gün əvvəl bəyanat yayaraq tərəfləri sülhə dəvət edib. ATƏT-in Minsk Qrupu da oxşar bəyanat verdi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu bəyanatlarda heç bir şərt olmadan danışıqlar masasına oturmaq təklif edilir:

“Amma Azərbaycan Prezidentinin birmənalı olaraq dediyi kimi, Azərbaycan bir addım da geri çəkilməyəcək. İşğalçıların Azərbaycan torpaqlarını tərk etməsi əsas şərtimizdir. Beynəlxalq təşkilatların bəyanatları sülhə yox, bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir.

Söhbət Fransa Prezidenti Emmanuel Makronun bəyanatından gedir. Məlumdur ki, Fransa həmsədr ölkələrdən biridir və o, ən azı birtərəfliyini qorumalıdır. Fransa artıq ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Bu cür bəyanatla vasitəçi ola bilməz. Hesab edirəm ki, Azərbaycan hərbi əməliyyatları davam etdirməlidir və bu da bu cür bəyanatlara ən gözəl cavabdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər