4 Oktyabr 2020 09:21
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Latviyadan olan deputatı Sandra Kalniete sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribatlar barədə Latviyanın “TV24” telekanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, müsahibəsində xanım deputat böyük enerji infrastrukturunun mövcud olduğu regionda yaşanan son hadisələrin narahatlıq doğurduğunu bildirib.

O, Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın bir sıra digər rayonlarını da işğal etdiyini vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün Minsk qrupu ölkələri, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənməsi beynəlxalq hüquqa uyğundur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər