Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, məsələ əslində çox bəsitdir, əgər Ermənistan sülhün olmasını istəyirsə, işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmalıdır. Bu rəsmi Azərbaycanın da mövqeyidir və biz bunu dəstəkləyirik:
"Təssüflər olsun ki, elə bir təəssürat yaradırlar ki, Qarabağda hər şey qaydasında idi, guya Türkiyənin müdaxiləsindən sonra hər şey pisləşdi. Əslində isə Dağlıq Qarabağda davam edən erməni işğalı var, buna qarşı mübarizə aparan Azərbaycan var.
"Bizim Azərbaycana dəstəyimiz mənəvidir, siyasidir".