Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir:
“Biz Azərbaycan QHT-ləri olaraq bildiririk ki, Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Hayko Maasın Azərbaycana birtərəfli atəşkəsə dair çağırış etməsi və ölkəmizə təzyiq göstərilməsi barədə Almaniya Bundestaqında açıqlama verməsi ictimaiyyətimizdə ciddi təəssüf hissi ilə qarşılanıb. Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildən etibarən Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistan davamlı olaraq Azərbaycanın mülki əhalisini, strateji sənaye obyektlərini, o cümlədən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərini və münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşən iri şəhərləri raket və artilleriya atəşinə tutur. Son iki həftədə Ermənistan beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq uzaq mənzilli raket və artilleriyadan istifadə edərək Azərbaycanın 32 günahsız mülki vətəndaşını qəsdən öldürüb və 165-ni yaralayıb, 1000-dən çox evi və mülki infrastrukturu isə dağıdıb”.
Qeyd edilir ki, ATƏT-in Minsk Qrupuna üzv olan, Avropada və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayan dövlət olaraq Almaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləmin tanıdığı sərhədlərinin toxunulmazlığı prinsipini birmənalı müdafiə edən BMT Təhlükəsizlik Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT Parlament Assambleyası, eləcə də Almaniya Bundestaqının müxtəlif illərdə qəbul etdikləri qərar və qətnamələrinə hörmətlə yanaşmalı və işğalçı Ermənistanın indiyə kimi bu tələblərə əməl etməməsini şiddətlə qınamalıdır:
“Qeyd olunanları nəzərə alaraq biz yuxarıda adı çəkilən sənədləri qəbul edən tərəf olan Almaniyanı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləməyə və regionda atəşkəsin və sülhün bərpasını təmin etmək üçün Ermənistanın işğal olunmuş ərazilərimizi dərhal, tam və qeyd-şərtsiz tərk etməsini tələb etməyə çağırırıq. Ümid edirik ki, Almaniya hər zaman olduğu kimi bundan sonra da özünün obyektiv və beynəlxalq hüquqa uyğun prinsipial mövqeyini qoruyub saxlayacaq”.
Bəyanat aşağıdakı şəxslər və onların başçılıq etdikləri təşkilatlar tərəfindən qəbul edilib.
1. Rauf Zeyni – Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2. Sabit Bağırov – Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu
4. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu
5. Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6. Novela Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
7. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi
8. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
9. Qorxmaz İbrahimli – “Biosfer” İctimai Birliyi
10. Əvəz Həsənov – Humanitar Tədqiqatlar İctimai Birliyi
11. Əziz Ələkbərov – “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi
12. İsrayıl İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
13. Vüqar Bayramov – İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
14. Çingiz Qənizadə – Demokratiya və İnsan Hüquqlari Komitəsi
15. Məhərrəm Zülfüqarlı – İctimai Problemlərin Tədqiqi Assosiasiyası
16. Kamil Səlimov – “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi
17. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası
18. Eyyub Hüseynov – “Azad İstehlakçılar” İctimai Birliyi
19. Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi
20. Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi
21. Şəmistan Əlizamanlı – “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi
22. Akif Nağı – Qarabağ Azadlıq Təşkilatı
23. Osman Gündüz – “Multimedia Sistemləri” İctimai Birliyi
24. Mayis Əliyev – Sosial Hüquqların Araşdırılması
25. İradə Rizazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
26. Bahar Qasımova – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
27. Məlahət İbrahimqızı – “Lider Qadınlar” İctimai Birliyi
28. Füzuli Rzaquliyev – Vətən Müharibəsi Veteranları İctimai Birliyi
29. Mehdi Mehdiyev – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
30. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
31. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
32. Nəsiman Yaqublu – Tarix və Mətbuat Araşdırmalarına Dəstək
33. Şahin Rəcəbov – “Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi
34. Aydın Əbilov – “Yeni Yazarlar və Sənətçilər Qurumu” İctimai Birliyi
35. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
36. Elçin Hüseynov – “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi
37. Aydın Kərimov – Müstəqil Hüquq Mərkəzi
38. Əhməd Qəşəmoğlu – Tərəqqi və Demokratiya İctimai Birliyi
39. Hafiz Həsənov – Hüquq və İnkişaf İctimai Birliyi
40. Mirəli Hüseynov – Demokratiyanı Öyrənmə İctimai Birliyi
41. Şəmsəddin Əliyev – “Polisə Dəstək” İctimai Birliyi
42. Asif Əsgərli – Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
43. Emin Həsənli – Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
44. İlqar Orucov – Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
45. Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi