12 Oktyabr 2020 19:53
2 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki qonşu ölkə atəşkəsə sadiq qalmalı, beynəlxalq hüquq çərçivəsində danışıqlar başlamalıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“Biz iki ölkə arasında atəşkəsin pozulmasından təəssüf hissi keçirir, münaqişə tərəflərini səbirli olmağa çağırır, yaşayış məntəqələrinə raket hücumunu, dinc əhaliyə qarşı qətliamın törədilməsini, şəhərlərin infrastrukturunun hədəf alınmasını pisləyir, hücumlarda öldürülən şəxslərin ailələrinin dərdinə şərik çıxırıq. İran İslam Respublikası bir daha münaqişə tərəflərindən istəyir ki, atəşkəsə sadiq qalaraq bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsınlar və işğal edilmiş şəhərləri təxliyə etməklə, öz aralarındakı münaqişəni danışıqlar yolu ilə və beynəlxalq hüquq çərçivəsində aparsınlar.

Biz regionda davamlı sülhün bərqərar olunması üçün münaqişə tərəfləri arasında danışıqların aparılması prosesini asanlaşdırmaq üçün yardım etməyə hazırıq”, - Xətibzadə söyləyib.

O, açıqlamasında Ermənistanın öz ərazisindən Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini raket atəşinə tutaraq onlarla dinc sakinin qətlinə səbəb olmasına toxunmayıb. Açıqlamada işğalçı və işğala məruz qalanın adı da açıq şəkildə çəkilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər