16 Oktyabr 2020 15:27
2 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeonun son açıqlamasında mesaj budur ki, problemi özünüz həll edin. Yəni Amerikadan heç nə gözləməyin, problemi özünüzün yoluna qoyun.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ABŞ Dövlət atibi Mayk Pompeonun Dağlıq Qarabağa dair son açıqlamasını şərh edərkən deyib.

Rasim Musabəyov xatırladıb ki, hazırda ABŞ əsgərlərini Əfqanıstandan çıxarır: “ABŞ-ın yük daşıyan hərbi təyyarəsi amerikalı əsgərlərlə birlikdə Azərbaycanda oturdu. Əlbəttə, onlar buradan tranzit yol kimi istifadə edirlər. Amma onların burada oturması həm də o mesajı verir ki, üçüncü tərəflər prosesə qoşulmasın, Cənubi Qafqazda aranı qarışdırmasın. Bir daha deyirəm ki, adətən bu təyyarələr Azərbaycandan tranzit kimi keçirlər, amma indi burada oturdu və uçmaq üçün gözləyirlər. Mənim düşüncəmə görə, bu məsələlərə qarışmamaq üçün üçüncü tərəfə mesajdır”.

Musabəyov qeyd edib ki, hazırda Türkiyə də üçüncü tərəflərin prosesə qarışmamasına dair çağırışlar edib: “ABŞ da üçüncü tərəflərin proseslərə qarışma mesajı verirsə, bu da müsbət hadisədir. Pompeonun açıqlamasında da deyilirdi ki, üçüncü tərəflər bu işə müdaxilə etməsin. Və ümid etdiyini bildirirdi ki, erməni tərəfi özünü müdafiə edə biləcək”.

Deputat ötən gün Azərbaycan və İngiltərə xarici işlər nazirləri arasında baş tutan telefon görüşünü şərh edərkən deyib ki,əslində Londondan bu günə qədər quru qınaq da səsləndirməyib ki, dayanın, danışıqlar masasına gəlin: "Əvəzində Fransa nəsə deyir, Almaniya bir qədər məsafə saxlayır, Britaniya isə sükutu pozmur”.


Müəllif: Cavad

Oxşar xəbərlər