19 Oktyabr 2020 15:14
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan dövlətinin məzlum, yazıq, eyni zamanda "insansevər" maskası cırıldı. Düşmən atəşi dayandırması üçün bütün dünya dövlətlərini Azərbaycana minnətçi saldı. Azərbaycan isə beynəlxalq hüquq normalarını nəzərə alaraq, cəbhə xəttində hümanitar atəşkəsə razılıq verdi. Amma işğalçı Ermənistan bundan da sui-istifadə etməyə çalışdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, təcavüzkar Ermənistan vaxt qazanmaq, işğaldan azad edilmiş torpaqlarımızı yenidən zəbt etmək istəyirdi:

"Qarşı tərəf unutmamalıdır ki, Azərbaycan 90-cı illərin əvvələrində olan müstəvidə deyil. Humanitar atəşkəsin məqsədi ondan ibarətdir ki, münaqişə zonasında qalan mülki insanların və cəsədlərin dəyişdirilməsi təmin edilsin. Amma buna baxmayaraq, düşmən Ermənistan öz əsgərlərinin meyitlərini belə münaqişə zonasından götürmək istəmir. Azərbaycan atəşkəsə riayət edir, Ermənistan isə heç bir hümanizm prinsiplərinə tabe olmayacağını nümayiş etdirir".

Aydın Mirzəzadə vurğulayıb ki, dünya ictimiyyəti artıq bütün baş verənləri aydın şəkildə görür:

“Ona görə də işğalçı dövlətə əvvəlki səviyyədə himayə duranlar yoxdur. Artıq heç bir dövlət Ermənistanın xahişlərini nəzərə almır".

Deputat qeyd edib ki, torpaqlarımız azad edildikdən, qoşunlarımız Azərbaycan-Ermənistan sərhədində dayandıqdan sonra işğalçı dövlət dünyaya istədiyi yalanı danışa bilər:

“Amma dünya birliyi də son 30 ildə danışdığı yalanlara görə Ermənistanı cəzalandırmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər