Gəncəyə səfər edən İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevir şəhərinə gedəcək.
Gəncə şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, Corc Dik Ermənistan tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib, mövcud vəziyyətlə yerində tanış olub.
Diplomat Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan şəxslərin müvəqqəti yerləşdirildikləri yataqxanaya gedib.
Gəncədən sonra səfir Mingəçevirə səfər edəcək.