25 Oktyabr 2020 15:36
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi azad etdikcə Ermənistanın terror təhlükəsi də yüksəlir. Hərbi cəbhədə məğlub olan işğalçı ölkə mülki əhaliyə qarşı hücum etməklə qisas almağa çalışır.

Belə hücumların iki vasitə ilə həyata keçirilməsi təhlükəsi var.

Birincisi, ballistik raketlər və ağır artilleriya ilə yaşayış məntəqələrini atəşə tutmaq. Ermənistan hərbi əməliyyatların ilk günündən bunu həyata keçirir, Azərbaycanın yaşayış məntəqələrini, xüsusilə əhalinin sıx yaşadığı Gəncə və digər şəhərlərini SKAD və digər qadağan olunmuş raketlərlə atəşə tutur. Bu hücumların nəticəsində indiyə qədər 65 dinc insan həlak olub, 300-ə yaxın insan yaralanıb.

İkincisi, terror aktlarının törədilməsi. Xüsusilə Bakıda bu təhlükə var.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Bakıda yaşayan ABŞ vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlığı da erməni terrorunun aktuallığını yenidəmn gündəmə gətirdi.

Sentyabrın 24-də yayılan təcili xəbərdarlıqda ABŞ vətəndaşlarına “JW Mariott Absheron” otel və digər ərazilərdən uzaq durmaq tövsiyə olunur və qeyd olunur:

- Ehtiyatlı və sayıq olun. - Kütlənin çox olduğu yerlərdən yayının. - Öz profilinizi büruzə verməyin. - Ətrafınızdan xəbərdar olun. - Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun. - Yerli mediayanı diqqətdə saxlayın.

ABŞ səfirliyini belə bir xəbərdarlıq etməyə nə vadar edir?

Erməni terroru: Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Lakin sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra terror təhlükəsi də aktuallaşdı.

Oktyabrın 15-də Dövlət Təhlükəsizlik Xidməti vətəndaşlara erməni terroru ilə bağlı xəbərdarlıq etmişdi.

Oktyabrın 23-də Türkiyənin Azərbayfcandakı səfirliyi terrir təhlükəsi haqda xəbərdarlıq etdi.

Oktyabrın 24-də ABŞ səfirliyi eyni məzmunlu xəbərdarlıq yaydı.

ABŞ səfirliyinin xəbərdarlığında konkret erməni terrorundan bəhs edilməsə də, hadisələrin inkişafı söhbətin məhz bundan getdiyini göstərir.

Yaxın tarix Ermənistanın terror dövləti olduğunu sübut edən faktlarla zəngindir.

1885-ci ildə yaradılan “Armenakan” partiyası, 1887-ci ildə təsis edilən “Hnçak” partiyası, 1973-cü ildə fəaliyyətə başlayan “Erməni “soyqırımının” intiqamçıları” qrupu, məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 adlı bölmələri, 1975-ci ildə Beyrutda yaradılan “Erməni gizli azadlıq ordusu” (ASOA), həmin ildə fəaliyyətə başlayan “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılan “Geqaron”, 1991-ci ildə Fransada yaradılan “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırımı ədalət komandosları”, “Erməni birliyi”, “Demokratik cəbhə”, “Apostol”… Bunlar erməni terrorunun məlum olan təşkilatlarıdır.

Hələ ötən əsrin əvvəlində erməni terror bölgədə azərbaycanlılara, ümumilikdə müsəlman əhaliyə qarşı tüğyan edirdi. Əsrin ikinci yarısında isə erməni terrorunun coğrafiyası Avropaya qədər uzandı.

Erməni terror təşkilatları 1973-cü ildən 1983-ci ilə qədər ABŞ və Avropa ölkələrində Türkiyə diplomatlarına və ailələrinə hücumlar təşkil etdi. Nəticədə 31 nəfər qətlə yetirildi.

1985-ci ilin 15 iyul tarixində isə tarixə “Orli qətliamı” kimi düşən terror aktı törədildi: ASALA Türk Hava Yollarının Paris Orli hava limanındakı bürosu qarşısında bomba partlatdı. Terror aktı nəticəsində iki türk, dörd fransız, bir amerikalı və bir isveçli olmaqla 8 nəfər öldü, 63 nəfər yaralandı.

Erməni terrorçular 1990-cı ildən başlayaraq, azərbaycanlılara qarşı əsrin əvəlindəki soyqırımı aktlarını yenidən təkrarladılar və 1992-ci ilin 26 fevralında bəşəriyyətin qara ləkəsi olan Xocalı soyqırımı törədildi. Tarix Azərbaycan torpaqlarının işğalı zamanı erməni terrorçularun mülki əhaliyə qarşı dəhşətli əməllərinə şahidlik etdi.

1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər həyatını itirdi, 36 nəfər yaralandı. Buna qədər isə 9 belə terror aktı törədilmiş, 68 nəfər - xüsusilə qadınlar, uşaqlar, qocalar terrorun qurbanı olmuş, 132 nəfər müxtəlif bədən xəsarətləri almışdı.

1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyotunun vurulması nəticəsində mülki insanlar həlak olub. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülkü vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərniş və 3 ekipaj üzvü həlak oldu. Erməni terrorçuları tərəfindən hava nəqliyyatında törədilən terror aktları nəticəsində, ümumilikdə 176 nəfər həlak olub.

1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” sərnişin bərəsinin partladılması 25 nəfərin həlak olması, 88 nəfərin ağır yaralanması ilə nəticələndi.

1994-cü il martın 19-da atəşkəsin bağlanmasından dərhal sonra Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında terror aktı törədildi: 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. Həmin il iyulun 3-də Bakı metropoliteninin 28 May - Gənclik stansiyaları arasında elektrik qatarında daha bir partlayış törədildi. Nəticədə 13 nəfər həlak oldu, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Erməni terrorunun özünəməxsus xüsusiyyətlərindən biri də məhz azyaşlı uşaqlara qarşı amansız olmaqdır. Belə terror aksiyaları müxtəlif vasitələrlə həyata keçirilir, misal üçün, partlayıcı maddələr uşaq oyuncaqlarına yerləşdirilir və s. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq, Tovuz rayonu ərazisindən axan çaya buraxmaqla ermənilər iki uşağın ölümü ilə nəticələnən terror aktı törətdilər.

2011-ci ildə erməni terrorçular partlayıcı maddənin yerləşdirildiyi uşaq oyuncağından yenə istifadə etdilər. 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır bədən xəsarəti aldı.

2017-ci ildə erməni terrorçuların açdığı atəş nəticəsində 2015-ci il təvəllüdlü, 2 yaşlı Zəhra Quliyevə və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi.

Bu ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vandalizmi, 27 sentyabrda başlanan əməliyyatlardan sonra mülki əhaliyə qarşı edilən hücumlar da bir əsrdir mövcud olan erməni terrorunun davamıdır.

ABŞ səfirliyinin xəbərdarlığı göstərdi ki, Ermənistanın terror dövləti olduğunu artıq dünya ölkələri də qəbul edir və öz vətəndaşlarını qorumağa çalışır.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər