27 Oktyabr 2020 10:30
3 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan məsuliyyətsiz bəyanatları ilə danışıqlar prosesini pozdu”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib.

Deputat Ermənistan baş naziri və xanımının populist çıxışlarla publikaya işlədiyini söyləyib:

“Təlxək Paşinyan deyir ki, mən də ön cəbhəyə getmək istəyirəm, getsəm baş nazir kim olacaq, kimsə ölkəni idarə etməlidir, mənim kimisini haradan tapaq, yerimə qoyaq, mən gedim remboluq etməyə? Bu elə bilir ki, əvəzedilməzdir. Bu tamam ağlını itirib. Eyib etməz, bu yalançı bizə sərf edir.

Arvadı Anna da deyir ki, 13 nəfər erməni qadınını başına yığıb Qarabağa vuruşmağa gedir. Azərbaycan əsgərinin də “dizi titrəyir” ki, üstünə İrasim gəlir. Bunlar ər-arvad populizmlə məşğuldur. Bunlar müharibə dövründə belə publikaya işləyir. Hər gün yüzlərlə erməni cəsədi sahələrdə qalır, gəlin ər-arvad onları yığışdırıb aparın, sonra silahla oynayarsınız.

Ər-arvad məsuliyyətsiz bəyanatlarla danışıqlar prosesini pozdunuz. Elə bilirdiniz ki, dünya gəlib sizin yerinizə vuruşacaq? Danışa bilərlər, amma heç kim gəlib sizin yerinizə ölməyəcək. Ağlınızı başınıza yığmaq əvəzinə yenə də publikaya işləyirsiniz. Sonunuz yaxşı görünmür. Yazıqlar olsun sizə”.


Müəllif: Mənsur Rəğbətoğlu