31 Oktyabr 2020 14:44
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın həyata keçirdiyi terror aktları təkcə dövlətimizə, xalqımıza qarşı deyil. XXI əsrdə bir dövlətin dinc insanlara qarşı aqressiv terror əməlləri çox təhlükəlidir. Sözsüz ki, bunu bütün dünya dərk edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, ermənilərin davranışları bəşəriyyət üçün təhlükə doğurur:

"Təcüvüzkar Ermənistan mülki əhaliyə qarşı intensiv terror aktları həyata keçirir. Amma buna görə hər hansı bir cəzaya məruz qalmır. Ən azından beynəlxalq birliyin sərt mövqeyi ilə üzləşmir. Ona görə də ermənilər bu cinayət əməllərini davam etdirirlər. Təbii ki, dünya artıq dərk edir ki, bu cür terror aktlarının qarşısı alınmasa, bütövlükdə mövcud münasibətlər sistemi darmadağın olacaq. Onsuz da heç bir nüfuzu qalmayan beynəlxalq hüquq normalarının əhəmiyyəti itəcək. Məhz bu səbəbdən də işğalçı Ermənistanın terror aktlarına artıq reaksiyalar verilir. Əsas amil məhz ondan ibarətdir ki, artıq dünyanın özü təcüvüzkar Ermənistanın bu aqressiyasından vahimələnməyə başlayıb. Çünki bu, çox təhlükəli bir tendensiyadır. Bunun qarşısı mütləq şəkildə alınmalıdır. Ermənistanın bu gün sərgilədiyi davranışlar bundan sonra xalqlar, dövlətlər arasında münasibətlərin tənzimlənməsi imkanlarını sıfıra endirir. Artıq Ermənistanın törətdiyi vəhşiliklər dünyanı narahat edir".

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycanın informasiya sahəsində fəaliyyət imkanları özünə ciddi mövqe formalaşdırıb:

“Bütün sahələrdə olduğu kimi informasiya məkanında da ədalətli mövqeyimizi qəbul etdirə bilirik. Həqiqətlər ciddi arqumentləşdirilmiş şəkildə dünyaya çatdırılır. Ona görə, də proseslərə yanaşmada ciddi münasibətlərə nail olunur. Bundan sonrakı proseslər də Azərbaycanın haqlı maraqları çərçivəsində cərəyan edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər