Ermənistanın hərbi siyasi rəhbərliyinin heç ağlına da gəlmirdi ki, şanlı Azərbaycan Odusundan sarsıdıcı, ölümcül zərbə alacaqlar. Çünki onların "başbilənləri" bunu hesablaya bilməyib. İndi isə vəziyyət çox kritikdir. Artıq erməni gənclərini döyüşə göndərmək çox ciddi problemə çevrilib. Belə olan halda Ermənistan rəhbərliyi Suriyadan, Livandan terrorçuları, muzdluları aylıq 600 dollar müqabilində döyüşə cəlb edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, ermənilər PKK-a və YPG terrorçularından yararlanırlar:
"Ancaq durum dəyişdikcə terrorçular da Ermənistan üçün 600 dollar müqabilində öz canlarından keçmək istəmirlər. Məlumatlar var ki, terrorçuların mütləq əksəriyyəti Azərbaycana qarşı döyüşə girməyin mənasız olduğunu dərk edir. Ona görə də, erməni rəhbərliyi 13-14 yaşlı uşaqları döyüşə cəlb etməyə başlayıb. Paralel olaraq qadınları, qocaları silahlandırırlar. Əlavə olaraq da din xadimləri erməni ordusuna cəlb olunur. Bu da dünya praktikasında olduqca nadir bir hadisədir. Heç bir sahədə Ginnesin rekordlar kitabına düşməyən ermənistan, dindarları müharibəyə cəlb etməklə həmin siyahıya düşə daxil ola bilərlər".
Elman Nəsirovun sözlərinə görə, erməni ordusu hazırda Kim Kardaşyanla dindarların ümidinə qalıb:
“Erməni hərbi siyasi rəhbərliyinin son ümidi K.Kardaşyan və onun kimilər olacaq. Hazırda isə ermənilər dindarlardan imdad diləyir. Bu vəziyyəti isə Ermənistanın acınacaqlı durumda olduğunu bir daha təsdiqləyir”.