3 Noyabr 2020 17:16
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan xalqı öz lideri ətrafında sıx birləşib, ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Prezident İlham Əliyev uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrilib. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir. Ali Baş Komandan Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur.

Bu fikirləri Teleqreaf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, müasir dövlət quruculuğu Prezident İlham Əliyevin siyasətinin həmişə prioriteti olub. Deputat fikrincə, prezident ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirir: “Uğurlu inkişaf strategiyası nəticəsində ölkənin iqtisadi sistemi yenidən qurulub, güclü iqtisadi potensial yaradılıb. Karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atılıb.

Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırılıb. Ölkəmizin prioritetləri beynəlxalq gündəmin bir istiqamətinə çevrilıb”.

Cavid Osmanovun sözlərinə görə, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldilib: “Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilib. Sözsüz ki, mövcud reallıqlara uyğun olaraq ölkənin idarəetmə sistemi təkmilləşdirilib”.

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir: “Ali Baş Komandan cənab İlham Əliyev son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarıb.

Cənab Prezidentin qətiyyəti və sarsılmaz iradəsi ilə tarixi ədalət bərpa edilir. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdırdı”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər