11 Noyabr 2020 15:09
4 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusu Prezident İlham Əliyevin komandanlığı ilə yuxumuza girə bilməyəcək bir nəticə əldə etdi”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

Deputat öz torpaqlarını işğaldan azad edən Azərbaycana qarşı xarici təzyiqlərə diqqət çəkib:

“Fransa Xarici işlər naziri Jan-İv Lö Dryan deyir ki, Azərbaycan və Ermənistan oturub Dağlıq-Qarabağın statusunu müəyyyən etməlidir. Fransa da Minsk Qrupunun üzvü kimi fəal iştirakı olmağa hazırdır.

Şəxsən, mənim üçün Minsk Qrupu yoxdur. O ölüb və basdırılıb. Nə Minsk Qrupu? O nə edib ki? İndi də pəncəsini qoymaq istəyir ki, ara qarışdırsın? Qarabağda bulanıq suda balıq tutan az idi, qalmışdı Minsk Qrupu. Bunlar Qarabağı eksperimental poliqona çevirmək istəyirlər.

Dünən Rusiyanın bütün televiziyalarında Azərbaycana hədə-qorxu, nifrət və qarğış yağdırılırdı. Məgər hökumət səmimidirsə bunun qarşısını ala bilməz? Ala bilər. Azərbaycanın bəxti gətirməyib ki, belə qonşuları var. Bəsdirin daha.

Mən açıq və səmimi deyirəm. Azərbaycan Prezidenti İlham Əliyevə görə ürəyim ağrıyır. Hər kəs özünü onun yerinə qoyub fikirləşsin. Çox çətindir. Biz əlimizdən gələni edirik və yanındayıq. Amma, Rusiyadan, Fransadan, ABŞ-dan və digər ölkələrdən erməni lobbisinin təzyiqi ilə gələn hücumları, hədə-qorxuları və digər təsirləyi dayandıra bilmirik.

Biz heç zaman Ermənistanla müharibə etməmişik. 43 günə görünməyən təzyiqlər altında onların üzərində zəfər çaldıq. Cəmi 3-4 günlük canları qalmışdı, Azərbaycan ordusunun əlləri onların xirtdəyində idi. Amma yenə də bizdə toy-bayram, onlarda isə yasdır. Bizim bütün işğal altında olan ərazilərimiz qayıdır, Xankəndinin taleyi isə qısa müddətdə həll ediləcək. Bütün köçkünlər evlərinə qayıdacaq. Gözümüzü yumub, nə qədər də çətin olsa da, 3 və ya 5 il də dözək. Təsəllimiz Türkiyə əsgər və zabitlərinin də olacağıdır”.

Razi Nurullayev qeyd edib ki, Azərbaycan ordusu Prezident İlham Əliyevin komandanlığı ilə yuxumuza girə bilməyəcək bir nəticə əldə etdi: Daha da pis hadisələr ola bilərdi. Nə ola bilərdi, onlar da açıqlanacaq. İlham Əliyevi yalnız qoymayaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər