21 Noyabr 2020 15:45
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı bir neçə həftə əvvəl çox kəskin xarakter alan böhrandan çıxmağın alternativsiz, yeganə yoludur və bu, hamı tərəfindən qəbul edilib”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın qurumlararası nümayəndə heyətinin Ermənistana səfərinin yekununda deyib.

“Müzakirələr zamanı bu bəyanatın təkcə ölkə daxilində deyil, həm də ondan kənarda şübhə altına salınması cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulandı. Bu bəyanatın işləməyə davam etməsi üçün hər şeyi etməyə qərarlıyıq”, - o bildirib.

Rusiya XİN başçısı həmçinin nümayəndə heyətinin Yerevandakı danışıqlar zamanı əsas diqqəti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatının aydın və tam yerinə yetirilməsi məsələlərinə yönəltdiklərini söyləyib.

Lavrov əlavə edib ki, Ermənistanın baş naziri və prezidenti Rusiya nümayəndə heyəti ilə görüşlərdə Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiq olduqlarını təsdiqləyiblər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər