Fransa Milli Assambleyasının “Erməni xalqının, Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi tamamilə əsassızdır. Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadır. Təəssüflər olsun ki, Fransa ermənipərəst, anti-türk, anti-azərbaycan mövqeyi ilə getdikcə öz nufuzunu itirən ölkəyə çevrilir.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nüməndə heyətinin rəhbəri, millət vəkli Səməd Seyidov deyib.
Onun fikrincə, Faransa parlament səviyyəsində bu prosesin içində çabalamaqla, provakasiyalarlar yaratmaqla konkret və gözəçarpan mənfi bir imic formalaşdırır: “Dekbarın 2-də Belçika parlamentində bu qondarma mövzu ilə bağlı məsələ müzakirəyə çıxarıldı. Amma burada parlament yox, komiitə səviyyəsində həmin müzakirələr getdi. Komitə səviyyədə müzakirələrdə xoşagəlməz ifadələr olsa da onlar artıq reallığı anlamağa çalışırlar. Burada daha çəx sanksiyalar, hansısa tanınma və hümanitar məsələlərlə bağlı müzakirələr qaldırılıb. Belçika fransız dilli ölkə olmasına baxmayaraq BMT-nin qətnamələrinə istinad olunub”.
Səməd Seyidov deyib ki, Fransa daxildəki problemlərlə əhatə olunan fərsiz və hədəfi olmayan bir siyasət həyata keçirir: “Bununla da onlar asta-asta özlərini məhvə sürükləyir. Ona görə ki, anti-islam, anti-seminist davranışlar, ermənipərəst antitürk, antiazərbaycan davranışları heç də Avropa Birliyi daxilində dəstək tapmır. Artıq iş o həddə çatıb ki, Fransa XİN rəhbəri açıq şəkildə buna etiraz edib. Bəyan edib ki, senat bunu qəbul edirsə, heç olmasa başa düşün, Ermənistan özü Qarabağı tanıya bilmir və tanımır. Siz isə burada Dağlıq Qarabağı tanımağa çağırırsınız”.
Millət vəkilinə görə, Fransa hazırda bərbad, biabırçı, beynəlxaq münasibətlər səhnəsindən atılmış davranış göstərir: “Fransa çalışır ki, kənarda qaldığı proseslərdə özünün bir formada mövcudluğu təmin edilsin. Onların yeganə məqsədi budur. Ona görə də, belə provakasiyaların davam edəcəyi də gözləniləndir. Ancaq getdikcə cənab Prezidentin vurğuladığı kimi yeni reallığı qəbul edəcəklər”.