24 Dekabr 2020 09:05
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il Azərbaycan tarixində xüsusi bir ildir. Təqvimə qızıl hərflərlə yazılan bir tarix yaşadıq. Tarixdə cari hadisələr çox olur. Amma elə hadisələr var ki, onlar əsrlər keçsə də unudulmur. Müəyyən bir zaman keç'ndə də bu şərəfli tarixə istinad edilir. 2020-ci il Azərbaycan tarixində son iki yüz ildə əldə etdiyi zəfər tarixi kimi qalacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Onun fikrincə, tariximizə nəzər salsaq, Nadir Şah Əfşardan sonra Azərbaycan parçalana-parçalana gedib: “Hər zaman torpaq itirmişik. Amma 2020-ci il Azərbaycan tarixində ilk dəfə olaraq torpaqlarımızın işğaldan azad olunmasını təmin edilib. Bu, böyük tarixi uğurdur. Bunu bir sıra parametrləri mövcuddur”.

Deputat əldə olunan zəfərin təkcə 44 günlük müharibədə qazanılmadığını söyləyib: “44 günlük müharibəyə Azərbaycan ən azı 27 illik bir yol gəlib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun doğru-düzgün strateji xətti Azərbaycana bugünkü qələbənin təmin edilməsini şərtldəndirib. Ümummilli lider dövlət qurduqdan, iqtisadiyyatı möhkəmləndirdikdən, qüdrətli ordu yaratdıqdan sonra xalqla ümumi birlik təmin olunub.

Beynəlxalq arenada Azərbaycanın mövqeyini dəstəkləyən, birmənalı Azərbaycanın yanında olan dostlar qazanılıb. Bundan sonra Azərbaycanın öz haqq işində uğur qazanması mümkün olub. 1994-cü ilin mayın 12-də Bişkek protokolunun imzalanması o dövr üçün uğursuz olan müharibə dayandırılıb. Həmin ilin sentyabrın 20-də Əsrin Müqaviləsi imzalanıb. Bu, gələcəyə hesblanmış ilk ciddi addımlardan hesab olunur. Bundan sonrakı dövrdə müxtəlif səbəblər üzündən sülh yolu ilə problemin həlli mümkün olmayıb. Bunun da bütün tarixi məsuliyyəti Ermənistanın xunta rejiminin üzərinə düşür. Azərbaycan 27-ildə aparılan bütün sülh danışıqlarına sadiq qalıb. Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin dövründə Azərbaycan bütün beynəlxalq prinsiplərə sadiqliyini sübüt edib. Azərbaycan beynəlxalq konvensiyalara, ali hüquqa olan hörmətini ortaya qoyub. Son iki ildə isə artıq danışıqlar tam mənasız formata düşdü. Hazırki erməni baş nazir Nikol Paşinyanın çirkin niyyəti ilə danışıqlar dayandı. Azərbaycan öz gücü və qüdrəti ilə beynəlxalq hüquqda tanınan prinsiplərə əsaslanaraq öz revanş mübarizəsinə başladı. Cənab Prezident çıxışlarında hər zaman vurğulayıb ki, nəyi nə zaman ediləcəyini çox yaxşı bilirik”.

Musa Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin dünya miqyaslı bir lider kimi tanıdıb: “Onun diplomatik məharəti, zəkası, xarizması, xalqına bağlılığı bütün dünyaya bəyan oldu. 44 günlük müharibədə Azərbaycan Ordusu, Rəşadətli Ali Rəhbər Sərkərdə kimi öz cəsarətli mübarizəsini apardı. Hərbi və diplomatik cəbhədə olduqca böyük qələbə əldə edildi. Diplomatik cəbhədə qələbəmiz olmasaydı, hərbi qələbənin nəticəsi dünya tərəfindən qəbul olunmaz, tanınmazdı”.

Komitə sədri Prezidentin 44 gün ərzində 30-dan artıq tanınmış mətbu orqanlara müsahibəsində Azərbaycanın haqq işinin dünyaya bəyan edildiyini söyləyib: “Bu müsahibələrdə Azərbaycan Prezidentinin güclü, cəsarətli, özünə inamlı, xalqına güvənən, beynəlxalq hüquqa arxalanan bir lider kimi mövqeyini nümayiş etdirib. Azərbaycan tarixinin ən parlaq səhiflərindən biri yaşandı. Torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması heç də asan başa gəlmir. Azərbaycan vətəndaşları, igidlərimiz qəhrəman xalq obrazını bütün dünyaya sərgilədi. Bu da xalqın həmrəylinin, Liderinin ətrafında sıx birləşməsinin bir simvolu idi. Dəmir yumruq simvolu xalq-ordu-lider birliyinin mahiyyətindən yarandı. Dəmir yumruq torpaqların işğaldan azad edilməsində, işğalçının belinin qırılmasında öz sözünü dedi”.

Deputatın sözlərinə görə, bu il Azərbaycan tarixində şanlı qələbə ili kimi əbədi həkk olunacaq: “Bu Qələbənin Sərkərdəsi, onu təmin edən Ali Baş Komandan cənab İlham Əliyev oldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər