6 Yanvar 2021 01:36
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider” TV-nin Şəfayət Mehdiyev küçəsi 83 ünvandakı binası siyasi partiyalara icarəyə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə modern.az-a AĞ Partiyanın sədri Tural Abbaslı məlumat verib. O qeyd edib ki, xeyli sayda partiya artıq yeni qərargahına köçməyə hazırlaşır:

“Siyasi partiyalar üçün ayrılan bir bina “Lider” TV-nin binası kimi tanınıb. Bundan başaqa, bir də Azadlıq prospektində yerləşən dövlət binasında ümumilikdə 17-18 partiyaya qərargah müəyyən edilib.

AĞ Partiya olaraq bizə, “Lider” TV-nin 5-ci mərtəbəsində təxminən 140 kv.metri əhatə edən ofis ayrılıb. Bina İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğuna görə, dövlət rüsumu ilə müqavilə imzalanıb. Dövlət rüsumu simvolik rəqəmdir, bu baxımdan ofisi bağışlanmış kimi də qiymətləndirmək olar. Çünki o böyüklükdə ofisin saxlamasına kifayət qədər maliyyə lazımdır və buna görə çətinlik yarana bilərdi. Yavaş-yavaş ofisə köçməyə başlamışıq”.

Müsahibimizin sözlərinə görə, ““Lider” TV-nin binasında AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər