Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar insanlar tərəfindən çox müsbət qarşılanır. Struktur, kadr dəyişiklikləri, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılıb. Son parlament seçkilərində müxalifət nümayəndələri parlamentin rəhbər orqanlarına seçilib. Müharibə dövründə bir anti-milli qruplaşma istisna olmaqla, digər siyasi partiyalar Azərbaycanın haqq işinə dəstəyini verib.
Bunu Teleqraf.com-a Milli məclisin deputatı Cavid Osmanov deyib.
Deputat anti-milli şura xain, satqın simasını nümayiş etdirərək, düşmən dəyirmanına su tökdüyünü və bir müddət öncə AXCP sədri Əli Kərimlinin Paşinyanı "nümunə" kimi göstərdiyini xatırladıb:
“İndi ondan soruşmaq lazımdır ki, erməni xalqı bu "novator", "demokrat" haqqında nə fikirləşir? AXCP və anti-milli şurada cəmləşənlər faktiki I Qarabağ müharibəsində fərarilik ediblər. Anti-milli şuraya rəhbərlik edənlər müharibə dövründə də ortada olmayıb. Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Əli Əliyev kimilər bu gün cəmiyyətə yalan informasiyalar ötürməyə çalışırlar. Əslində onların üzərlərinə götürdüyü “missiya” bəllidir. Çünki heç bir halda reallıqla uzlaşmayan fikirlərin kökü məhz kənar qüvvələrə gedib çıxır. Azərbaycanda cəmiyyət-dövlət münasibətlərinə, fundamental əsaslara zərbə vurmağa çalışanlar yanılırlar. Çünki II Qarabağ müharibəsində Azərbaycanda xalq-iqtidar birliyninin nümunəsini bütün dünya gördü. Bu gün Azərbaycanda iqtidara, şanlı qələbəyə qarşı piar aparanlar xalqa yad olduqlarını, düşmən kəsildiklərini göstərdilər".
Cavid Osmanov ermənipərəst qüvvələrin müharibə dövründə Azərbaycana qarşı çirkin əməllərdə fəal iştirakından bəhs edib:
“Azərbaycan xalqının qələbəsinə kölgə salmaq istəyənlər, ermənilərə dəstək verənlər anti-milli şuranın havadarlarıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, ötən əsrin sonlarında torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır".